Vüqar Məmməd “Səbail”in məşqçilər korpusunda yer alacaq
Bakının “Səbail” futbol klubunun baş məşqçisi Aftandil Hacıyevin köməkçisi müəyyənləşib.

Son olaraq “Zirə”də işləyən Vüqar Məmməd paytaxt təmsilçisinin məşqçilər korpusunda yer alacaq.

Mütəxəssislə 2020/2021-ci il mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, V.Məmməd son 10 ildə müxtəlif yaş qrupları üzrə Azərbaycan millisində çalışıb.

Xəbər 635 dəfə oxundu.