“Liverpul” futbolçusu Oluvaseyi Ojonu icarəyə göndərib
“Liverpul” klubu futbolçusu Oluvaseyi Ojonu icarəyə göndərib.

23 yaşlı yarımmüdafiəçi növbəti mövsüm icarə əsasında Çempionşip təmsilçisi “Kardiff”də çıxış edəcək.

Qeyd edək ki, Ojo 2011-ci ildə “Liverpul”a transfer olunub. O, ötən mövsüm icarə əsasında Şotlandiyanın “Reyncers” komandasında oynayıb.

AZƏRTAC

Xəbər 644 dəfə oxundu.