“Roland Garros” turnirində məhdud sayda tamaşaçı iştirak edəcək
“Böyük dəbilqə” seriyasından olan “Roland Garros” turniri tamaşaçıların iştirakı ilə keçiriləcək.

Bu barədə Fransa Tennis Federasiyası məlumat yayıb.

Görüşlərdə azarkeşlərin məhdud sayda iştirak edəcəkləri bildirilib. Belə ki, ərazi bir neçə kortdan ibarət üç hissəyə bölünəcək. Bu ərazilərdən ikisinə 5 minədək, üçüncüsünə isə 1,5 minədək tamaşaçı buraxılacaq. Seçmə mərhələnin görüşləri tamaşaçısız keçiriləcək. Bundan başqa, yarışlarda iştirak edəcək 11 yaşdan yuxarı bütün insanların maska taxmaları və bütün təhlükəsizlik tədbirlərinə riayət etmələri tələb olunur. Həmçinin arenaların və bitişik ərazilərin dezinfeksiya işləri gücləndiriləcək.

Tennisçilər iki oteldə yerləşəcəklər. İdmançıların hərəkəti ciddi marşrutlarla məhdudlaşdırılacaq. Mətbuat konfranslarının onlayn keçirilməsi planlaşdırılıb. Təşkilatçılar başlanğıc turlarda iştirak etməyən tennisçilər üçün pul mükafatının miqdarını artırıblar.

“Roland Garros” sentyabrın 27-dən oktyabrın 11-dək keçiriləcək.

Xəbər 643 dəfə oxundu.