Fransa millisinin baş məşqçisi: Azərbaycan yığmasının oyununu bəyəndim
Birinci hissədə oyuna nəzarət edə bildik. Hesabı açmaq üçün şansımız çox oldu. İkinci hissə isə bizim üçün çətin keçdi. Bu da Azərbaycan yığmasının səylərini artırması ilə əlaqədar idi.

Bu fikri Fransa U-21 millisinin baş məşqçisi Silven Ripoll Avropa çempionatının seçmə mərhələsində növbəti oyunda Azərbaycan millisi ilə matçdan sonrakı mətbuat konfransında deyib. O, fasilədən sonra texniki cəhətdən zəif oynadıqlarını, xüsusən topun saxlanılması sarıdan çətinlik olduğun qeyd edib.

“Azərbaycan yığmasının oyununu bəyəndim. Rəqib daha yaxşı çıxış etdi. Bizim isə ikinci hissədə problemlərimiz oldu. Açığı, Azərbaycan millisinin güclü olacağını gözləyirdim. Amma İsveçrə yığması ilə müqayisədə daha güclü oyun sərgilədilər”, - deyə Fransa millisinin baş məşqçısı əlavə edib.

Qeyd edək ki, Azərbaycan-Fransa qarşılaşması 1:2 hesabı ilə bitib. İkinci qrupda yer alan Azərbaycan millisi 7 oyundan sonra 6 xalla 5-ci pillədədir. Bakıdakı qələbədən sonra xallarını 15-ə çatdıran Fransa isə 2-ci sıradakı mövqeyini qoruyub. Qrupa fransızlarla eyni xalı olan İsveçrə seçməsi başçılıq edir.

AZƏRTAC

Xəbər 479 dəfə oxundu.