“Real Madrid”in müdafiəçisi zədələnib
İspaniya millisinin və “Real Madrid” futbol klubunun müdafiəçisi Serxio Regilon zədələnib.

24 yaşlı müdafiəçi UEFA Millətlər Liqasının II turunda evdə Ukraynanı 4:0 hesabı ilə məğlub etdikləri matçda zədə alıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Qeyd edək ki, Serxio Regilon 2019-2020-ci il mövsümündə icarə əsasında “Sevilya”da oynayıb. O, komanda ilə birlikdə Avropa Liqasının qalibi olub. Müdafiəçi “Sevilya”nın heyətində keçirdiyi 38 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 651 dəfə oxundu.