“Neftçi” Futbol Akademiyasının komandaları məşqlərə başlayıb
“Neftçi” Futbol Akademiyasının komandaları sentyabrın 7-də yeni mövsümün hazırlığına start verib.

U-19, U-17, U-16, U-15, U-14, U-13, U-11, U-10 və qızlardan ibarət U-13 komandaları məşqlərə başlayıblar.

U-12 komandası isə sentyabrın 8-də hazırlığa start verəcək. U-13-dən (qızlar) başqa digər komandalar məşqlərini “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirlər.

Xatırladaq ki, pandemiya səbəbindən “Neftçi” Futbol Akademiyasının komandalarının məşqləri martın əvvəlindən dayandırılmışdı.

Xəbər 650 dəfə oxundu.