Xüsusi olimpiyaçılar florbol yarışında güclərini sınayıblar
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar və qızlar arasında keçirilən florbol yarışına yekun vurulub.

Yarışda iştirak edən komandalar əsasən, xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından təşkil olunub. Yekun nəticəyə görə, yarışda fərqlənənlər mükafatlandırılıblar. Turnirdə, ümumilikdə 200-ə yaxın atlet iştirak edib.

Yarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil edilib. Turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

Xəbər 708 dəfə oxundu.