Mirpaşa Miriyevin 100 illiyinə həsr olunmuş kitab
Görkəmli idman yazarı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, 37 il (1950-1987) “İdman” qəzetinin baş redaktoru olmuş Mirpaşa Miriyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Redaktor” adlı kitab işıq üzü görüb.
Əməkdar jurnalist Qabil Mehdiyevin ön sözü ilə başlanan kitabda Əməkdar jurnalistlər Aqşin Kazımzadənin, Oqtay Bayramovun, Əməkdar elm xadimi Ağacan Abiyevin, yazıçı publisist Cəmil Əlibəyovun, Əməkdar incəsənət xadimi Ayaz Salayevin, Xalq rəssamı Oqtay Sadıqzadənin, Azərbaycan Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədovun və M.Miriyevin qızı Ulduz Miriyevanın xatirələri yer alır, Mirpaşa müəllimin həyatından, ölkə idman mətbuatında tutduğu mövqedən, bədən tərbiyəsi və idmanın inkişafındakı, təbliğindəki xidmətlərdən bəhs olunur, onun vaxtilə “İdman” və “Olimpya dünyası” qəzetlərinə verdiyi müsahibələr təqdim edilir.

Kitabda həmçinin Mirpaşa Miriyevin müxtəlif illərdə qələmə aldığı “Dəmir qala”, “Bir zavodun idmançıları”, “Kənd idmançıları“, “Çempionlar” və “Yollar birləşir” adlı əsərləri də yer alıb.

Kitabın naşiri AİJF prezidenti, “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyev, redaktoru isə Əməkdar jurnalist Oqtay Bayramovdur.

Azərbaycan İdman Jurnalistləri Federasiyasının ilk nəşri olan bu kitab Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə çap edilib.

Xəbər 664 dəfə oxundu.