Azərbaycan millisinin futbolçusu İsveçrə klubuna keçə bilər
Azərbaycanın U-21 millisinin futbolçusu Barış Ekincer karyerasını İsveçrədə davam etdirə bilər.

“Qrasshoppers” klubu futbolçumuza maraq göstərir. Hazırda İkinci bundesliqada mübarizə aparan “Bohum”da çıxış edən B.Ekincerin transferi ilə bağlı İsveçrə klubu Almaniya təmsilçisi ilə danışıqlara başlamaq niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl “Qrasshoppers” milli komandamızın üzvü Renat Dadaşovu “Vulverhempton”dan icarəyə götürüb.

Xəbər 682 dəfə oxundu.