Millimizin qapıçısı Avropanın ən yaxşıları arasında yer alıb
UEFA Millətlər Liqasının ilk turundan sonra statistik göstəricilər açıqlanıb.

Birinci turda keçirilən 27 qarşılaşmadan sonra Azərbaycan millisinin qapıçısı Emil Balayev fərqlənən futbolçular arasında yer alıb. Belə ki, o, millinin evdə Lüksemburqa 1:2 hesabı ilə uduzduğu matçda 6 qurtarış etməklə ilk beşliyə düşüb.

Şimali İrlandiya millisinin qapıçısı Beyli Pikok-Ferrell birinci olub. David de Xea (İspaniya), Yan Oblak (Sloveniya) və Dominik Livakoviç (Xorvatiya) növbəti yerdə qərarlaşıblar.

Xəbər 668 dəfə oxundu.