Azərbaycan millisinin hücumçusu ABŞ-ın UCL liqasında növbəti qolunu vurub
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşov ABŞ-ın UCL liqasında növbəti qolunu vurub.

“Finiks Rasinq” klubunun üzvü olan hücumçu səfərdə “Las-Veqas Layts” komandası ilə keçirilən görüşdə fərqlənib. Doxsan dəqiqə meydanda olan forvard hakimin əsas vaxta əlavə etdiyi beşinci dəqiqədə komandasının ikinci qolunu vurub.

Hazırda “Finiks Racinq” B qrupunda 23 xalla 1-ci pillədə qərarlaşıb.

Xəbər 668 dəfə oxundu.