Mahir Emreli Kipr-Azərbaycan oyununda iştirak etməyəcək
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan-Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emreli millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Mahir Emreli Azərbaycan millisini UEFA Millətlər Liqasının I turunun Lüksemburqla oyununda azlıqda qoyub. O, 26-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Xəbər 533 dəfə oxundu.