Bu gün UEFA Millətlər Liqasının ikinci turunun növbəti oyunları keçiriləcək
Sentyabrın 7-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turunun növbəti görüşləri oynanılacaq.

A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.

Günün ən maraqlı görüşü “Yoxan Kroyff Arena”da keçiriləcək. Niderland millisi İtaliya seçməsini qəbul edəcək.
Birinci turda Niderland millisi Polşa komandasını (1:0) məğlub edib. İtaliya seçməsi isə ev oyununda Bosniya və Herseqovina millisi ilə heç-heçə edib – 1:1.

Günün digər qarşılaşmaları aşağıdakılardır:

A liqası (1-ci qrup)
Bosniya və Herseqovina – Polşa.

B liqası (1-ci qrup)
Avstriya – Rumıniya;
Şimali İrlandiya – Norveç.

B liqası (2-ci qrup)
Çexiya – Şotlandiya;
İsrail – Slovakiya.

C liqası (4-cü qrup)
Qazaxıstan – Belarus;
Albaniya – Litva.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Kipr seçməsinin qonağı olacaq. Yığma komandamız birinci turda Bakıda Lüksemburq yığmasına məğlub olub (1:2). Kipr isə səfərdə Monteneqro seçməsinə uduzub – 0:2.


Xəbər 488 dəfə oxundu.