Millətlər Liqası: Türkiyə millisi növbəti dəfə qələbə qazana bilməyib
Sentyabrın 6-da futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turunun oyunlarına start verilib.

Turun birinci oyun günündə A, B, C və D liqalarında 10 qarşılaşma baş tutub. İlk turda İspaniya ilə 1:1 hesablı heç-heçə edən Almaniya A liqasının 4-cü qrupunda İsveçrənin qonağı olub. Bundestim bu dəfə də qələbə qazana bilməyib. İspaniya isə evdə Ukrayna komandasını darmadağın edib - 4:0

B liqasının 3-cü qrupunda gözlənilmədən Macarıstana uduzan Türkiyə yığması səfərdə Serbiya seçməsi ilə üz-üzə gəlib. “Ay-ulduzlular” 49-cu dəqiqədən etibarən 1 nəfər azlıqda oynayan rəqibi ilə bacarmayıb - 0:0.

Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

B Liqası (3-cü qrup)

Macarıstan - Rusiya - 2:3.

B liqası (4-cü qrup)

Uels - Bolqarıstan - 1:0.

C Liqası (3-cü qrup)

Sloveniya - Moldova - 1:0.

D Liqası (1-ci qrup)

Andorra - Farer adaları - 0:1;

Malta - Latviya - 1:1.

Xəbər 579 dəfə oxundu.