Formula 1: Pyer Qasli karyerasında ilk qələbəsini qazanıb
“AlphaTauri” komandasının pilotu Piyer Qasli karyerasında ilk qələbəsini qazanıb.

Fransalı pilot sentyabrın 6-da keçirilən Formula 1 İtaliya Qran-Prisinin qalibi olub. P.Qasli karyerasında ilk qələbəsinə Montsa avtodromunda keçirilən yarışda nail olub.

Əlli altı dövrəlik mübarizədə ikinci yeri “McLaren” komandasının pilotu Karlos Sayns əldə edib. İlk üçlüyü “Racing Point”in pilotu Lens Stroll tamamlayıb.

Pilotların siyahısına 164 xalla “Mercedes”in pilotu Luis Hamilton başçılıq edir. “Mercedes”in digər sürücüsü Valtteri Bottas 117 xalla ikinci, Maks Ferstappen ("Red Bull") isə 110 xalla üçüncü pillədə qərarlaşıblar.

P.Qasli Formula 1 tarixində qələbə qazanan 109-cu pilot olub. O, Olive Panisadan sonra qələbə qazanan ikinci fransalı idmançıdır. O.Panisa 1996-cı ildə Monako Qran-Prisinin qalibi olub.

Növbəti yarış sentyabrın 13-də yenidən İtaliyada təşkil olunacaq.

Xəbər 644 dəfə oxundu.