"Sabah" doğma meydanda "Sumqayıt"a uduzub
Bakının "Sabah" fubol klubu yoxlama oyununda "Sumqayıt"la üz-üzə gəlib.

"Bank Respublika Arena"da keçirilən görüş rəqibin qələbəsi ilə (1:3) yekunlaşıb.

Matçda paytaxt təmsilçilərinin yeganə qoluna Kevin Kubemba imza atıb. "Sumqayıt"ın heyətində isə Əli Qurbani (iki qol) və Murad Xaçayev fərqləniblər.

Xatırladaq ki, "Sabah" Azərbaycan Premyer Liqasının II turunda "Qəbələ" ilə qarşılaşacaq. Görüş sentyabrın 13-də saat 19:00-da "Bank Respublika Arena"da baş tutacaq.

Xəbər 711 dəfə oxundu.