“Zirə” yoxlama oyununda “Qəbələ”ni məğlub edib
Milli komandaların matçlarına görə Premyer Liqada yaranmış fasilədən istifadə edən "Zirə" sentyabrın 5-də yoxlama oyunu keçirib.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda "Qəbələ" ilə qarşılaşıb. Zirə İdman Kompleksində keçirilən qarşılaşmada "Zirə" 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu komandalar arasında Azərbaycan Premyer Liqasının 1-ci turunda keçirilən matç 1:1 hesabı ilə başa çatıb.

Xəbər 701 dəfə oxundu.