UEFA Millətlər Liqası çərçivəsində keçirilən Azərbaycan-Lüksemburq oyunu başa çatıb
Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində keçirilən Azərbaycan-Lüksemburq oyunu başa çatıb.

Bakı Olimpiya Stadionunda keçirilən görüş 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Matçın 25-ci dəqiqəsində millimizin üzvü Mahir Emreli kobud oyuna görə qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Azlıqda qalan millimiz istəyinə matçın 43-cü dəqiqəsində çatıb. Namiq Aləsgərovun cinah ötürməsindən sonra millimizin hücumçusu Ramil Şeydayev qapıya dəqiq baş zərbəsi vurub.

Matçın birinci hissəsi millimizin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində Lüksemburq millisi hesaba tarazlıq gətirib. Anton Krivatsyuk avtoqola imza atıb.

Matçın 72-ci dəqiqəsində qonaqlar hesabda irəli çıxıb. Cərimə meydançasında əllə oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini Lüksemburq millisinin futbolçusu Gerson Rodriges dəqiq yerinə yetirib.

Oyun bu hesabla da başa çatıb.

Millimizin yer aldığı qrupun digər oyununda Kipr millisi evdə Monteneqro yığmasına məğlub olub - 2:0.

Xəbər 687 dəfə oxundu.