UEFA-nın reytinq siyahısında dəyişikliklər olub
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. İdman.com.az saytının məlumatına görə, 2012/13 mövsümündə Avropa Liqası və Çempionlar Liqasının ilk oyunlarından sonra UEFA ölkələri xal hesablarını dəyişə bilib.

Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da yarım xal əlavə edib. Bu 0,500 xal “İnter”in qələbəsi və “Bakı” ilə “Xəzər Lənkəran”ın heç-heçəsi sayəsində mümkün olub. Bu yarım xalla ölkəmiz reytinqini 6,041-ə qaldırsa da mövqeyini dəyişməz qalıb. Lakin yenə 35-ci olan Azərbaycan özündən irəlidəki 3 ölkə ilə fərqi 0,125 xal da azaldıb. Belə ki, bizi qabaqlayanlar hərəyə 0,375 xal yığıb.

Xəbər 912 dəfə oxundu.