“Zirə” klubu yunanıstanlı müdafiəçi ilə müqavilə imzalayıb
Bakının “Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib.

Bakı təmsilçisi Dimitrios Çantakiasla anlaşıb.

İyirmi beş yaşlı yunanıstanlı müdafiəçi ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçunun son klubu Bolqarıstanın “Çerno More” komandası olub. Çantakias daha əvvəl ölkəsinin “Panetolikos”, “Fokiko” və “Kerkira” klublarının da şərəfini qoruyub.

Xəbər 749 dəfə oxundu.