Belçikalı velosipedçi Vut van Art “Tour de France”ın yeddinci mərhələsinin qalibi olub
“Tour de France” veloyürüşü davam edir. Yarışın yeddinci mərhələsində iştirakçılar 168 kilometr məsafə qət ediblər.

Belçikalı velosipedçi Vut van Art finiş xəttini rəqiblərindən tez keçib. O, 3 saat 32 dəqiqə 03 saniyəlik nəticə göstərib. Norveç idmançısı Edvald Boasson Haqen ikinci olub. İlk üçlüyü isə fransalı Brian Kjkar tamamlayıb.

Ümumi yarış cədvəlinə britaniyalı velosipedçi Adam Yeyts başçılıq edir. O, 30 saat 36 dəqiqə nəticə ilə birincidir. Sloveniyalı Primoj Roqliç liderdən cəmi 3 saniyə geri qalır. Fransa təmsilçisi Qiyom Marten isə üçüncüdür. O, yeddi turdan sonra 30 saat 36 dəqiqə 09 saniyə nəticə göstərib.


Xəbər 832 dəfə oxundu.