İnyesta “Qızıl top”u Lionel Messinin qazanmağını istəyir
Avropa çempionatının ən yaxşı futbolçusu seçilən İspaniya yığmasının yarımmüdafiəçisi Andres İnyesta özünü “Qızıl top”a əsas namizəd saymır. İdman.com.az saytının məlumatına görə, təcrübəli oyunçusu dünyada ilin ən yaxşı futbolçusuna verilən bu mükafatı iddialı deyil.

İnyesta son 3 ildə “Qızıl top”un dəyişməz sahibi olan “Baselona”dakı argentinalı komanda yoldaşı Lionel Messinin yenə onu qazanmağını istəyir: “Məni maraqlandıran yeganə şey “Barselona”nın və yığmanın yaxşı oyunudur. Bu azarkeşlərə sevinc bəxş edir. “Qızıl top”? Mən heç kimlə yarışmıram, onu komanda yoldaşım Lionel Messiyə verərdim”.

Qeyd edək ki, İnyesta Avropa çempionatında hər 6 oyunda meydanda olaraq, 2 məhsuldar ötürmə verib.


Xəbər 997 dəfə oxundu.