Filipp Koutinyo “Barselona” ilə birlikdə məşqə başlayıb
İspaniyanın “Barselona” futbol klubunun yarımmüdafiəçisi Filipp Koutinyo komanda ilə birlikdə məşqə qayıdıb.

Ötən mövsümdə “Bavariya”da icarə əsasında forma geyən yarımmüdafiəçi Kataloniya klubuna qayıdıb. İyirmi səkkiz yaşlı braziliyalı futbolçu artıq komanda ilə məşqlərə başlayıb.

“Bavariya” Koutinyonu ötən yay icarəyə götürüb. Braziliyalı yarımmüdafiəçi Münhen təmsilçisində heyətində UEFA Çempionlar Liqasının qalibi, Almaniya çempionatının və kubokunun sahibi olub.


Xəbər 702 dəfə oxundu.