“Səbail” klubu 20-ci səfər məğlubiyyətini alıb
Bakının “Səbail” futbol klubu Azərbaycan Premyer Liqasında 20-ci səfər məğlubiyyətini alıb.

Azsport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, I turun “Neftçi” ilə oyununa təsadüf edib. Aftandil Hacıyevin yetirmələri rəqib meydanında 1:2 hesabı ilə uduzub. Bu, komandanın 39-cu səfər görüşündə qeydə alınıb. Bakılılar indiyədək rəqib meydanlarında 12 qələbə qazanıb və 7 dəfə heç-heçə ediblər. 2017-2018-ci il mövsümündən Premyer Liqada çıxış edən paytaxt təmsilçisi 4-cü dəfə yarışa qatılıb.

Qeyd edək ki, “Səbail” ölkə çempionatları tarixində səfərdə 20 və daha çox oyunda uduzan 39-cu komandadır. Antirekord isə 139 dəfə məğlub olan “Turan”a məxsusdur.

Xəbər 695 dəfə oxundu.