UEFA Azərbaycan klublarına ödəniş edib
UEFA Avropa Liqasının seçmə mərhələsində çıxış edən Azərbaycan klublarına ödəniş edib.

Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın hesabına köçürülüb. Hər bir klub 240 min avro əldə edib.

Qeyd edək ki, “Keşlə” klubu üçün ayrılmış maliyyə vəsaiti mövsümün birinci və ikinci yarısı nəzərdə tutulmaqla klubun cari xərclərinin ödənilməsinə yönəldiləcək.

Xəbər 751 dəfə oxundu.