Azərbaycan şahmatçısı beynəlxalq festivalda uğurlu çıxışını davam etdirir
İtaliyanın Katolika şəhərində keçirilən 7-ci beynəlxalq şahmat festivalında Azərbaycan təmsilçisi Ülvi İsmayılov uğurlu çıxışını davam etdirir.

Şahmatçımız 5 turun nəticəsində 4,5 xal toplayıb. O, bu nəticə ilə ilk iki pilləni bölüşür.

Yeddi turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 744 dəfə oxundu.