İtaliya millisinin yarımmüdafiəçisi zədələnib
İtaliyanın “Yuventus” futbol klubunun yarımmüdafiəçisi Federiko Bernardeski zədələnib.

26 yaşlı yarımmüdafiəçi ayaq əzələsindən zədə alıb. O, 15 gün yaşıl meydanlardan kənarda qalacaq. Bu müddətdən sonra o, yenidən tibbi müayinədən keçəcək.

F.Bernardeski İtaliya millisinin UEFA Millətlər Liqasında sentyabrın 4-də Bosniya və Herseqovina və üç gün sonra Niderlandla keçirəcəyi oyunları buraxmalı olacaq.

Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsümdə “Yuventus”un heyətində keçirdiyi 38 matçda 2 qol vurub.

Xəbər 754 dəfə oxundu.