Futbol üzrə İspaniya yığması rekorda imza atıb
UEFA Millətlər Liqasının birinci turunda Almaniya ilə 1:1 hesabı ilə heç-heçə edən İspaniya yığması rekorda imza atıb.

Matçın 90+5-ci dəqiqəsində Xose Qayanın qolu ilə məğlubiyyətdən xilas olan ispanlar ardıcıl 41 oyundur ki, meydanı qolsuz tərk etmirlər. Bu, milli komandalar arasında rekord göstəricidir.

İspaniya millisi sonuncu dəfə “Avro-2016”nın səkkizdəbir final mərhələsində İtaliya ilə oyunda (0:2) qol vura bilməyib.

Xəbər 748 dəfə oxundu.