UEFA Millətlər Liqası: Bu gün daha səkkiz matç oynanılacaq
Bu gün futbol üzrə UEFA Millətlər Liqasında birinci turun növbəti görüşləri baş tutacaq.

İkinci oyun günündə “A”, “B” və “C” liqalarında ümumilikdə 8 matç keçiriləcək.

“A” liqasında İtaliya Bosniya və Herseqovinanı, Niderland isə Polşanı qəbul edəcək. “B” liqasında Avstriya Norveçin, Şimali İrlandiya Rumıniyanın, İsrail Şotlandiyanın, Çexiya Slovakiyanın qonağı olacaq. Millimizin yer aldığı C liqasında isə Litva-Qazaxıstan və Belarus-Albaniya matçları keçiriləcək.

Litva-Qazaxıstan oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Digər matçlar isə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə sentyabrın 3-də start verilib. Azərbaycan yığması turnirdə ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək.

Xəbər 767 dəfə oxundu.