"Neftçi" klubu malili futbolçuya dəvət göndərib
Bakının "Neftçi" klubunun heyətinə qatmaq istədiyi futbolçunun adı məlum olub.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Fransanın "Şatoru" klubunun hücumçusu Şeyk Diarraya dəvət göndərib.İddiaya görə, paytaxt təmsilçisi malili forvarda illik 200 min avro təklif edib.

Qeyd edək ki, 28 yaşlı futbolçu daha əvvəl Fransada "Renn", "İstr", "Oser", "Paris" və "Tur" klublarının da formasını geyinib. 2018-ci ildən "Şatoru"da çıxış edən Diarra 25 oyunda 3 qol vurub.

Xəbər 801 dəfə oxundu.