Belçikalı velosipedçi Vut van Art “Tour de France”ın beşinci mərhələsinin qalibi olub
“Tour de France” veloyürüşü davam edir. Yarışın beşinci mərhələsində iştirakçılar 183 kilometr məsafə qət ediblər.

Belçikalı velosipedçi Vut van Art finiş xəttini rəqiblərindən tez keçib. O, 4 saat 21 dəqiqə 22 saniyəlik nəticə göstərib. Niderland idmançısı Kes Bol ikinci olub. İlk üçlüyü isə irlandiyalı Sem Bennet tamamlayıb.

Ümumi yarış cədvəlinə britaniyalı velosipedçi Adam Yeyts başçılıq edir. O, 22 saat 28 dəqiqə 30 saniyə nəticə ilə birincidir. Sloveniyalı Primoj Roqliç liderdən cəmi 3 saniyə geri qalır. Digər Sloveniya təmsilçisi Tadey Poqaçar isə üçüncüdür. O, 5 turdan sonra 22 saat 28 dəqiqə 37 saniyə nəticə göstərib.

Xəbər 801 dəfə oxundu.