AFFA tərəfdaşlıq müqaviləsi imzalayacaq
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsi imzalanması barədə razılığa gəlinib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, 2022-ci ilin sonunadək bağlanacaq müqavilə əsasında Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar. COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminə görə imzalanma mərasiminin qarşıdakı həftələrdə keçirilməsi nəzərdə tutulub.

“Kiğılı” şirkəti 1938-ci ildə parça satmaq məqsədi ilə qurulub və 1965-ci ildə ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb. Qısa zamanda Türkiyənin ən öndə gedən geyim markalarından birinə çevrilmiş “Kiğılı” ölkə xaricində də fəaliyyətini uğurla davam etdirir.

Xəbər 704 dəfə oxundu.