Fərid Abbasov: Şahmatçılarımızın Avropa birinciliyinə hazırlığı davam edir
Şahmatçılarımız dörd yaş qrupu üzrə qızlar və oğlanlar arasında sentyabrın 18-20-də keçiriləcək Avropa birinciliyinə hazırlığı davam etdirirlər. Qitə yarışında Azərbaycan komandasının tərkibində 24 şahmatçı mübarizə aparacaq. Birincilik həm fərdi, həm də komanda xarakteri daşıyır. Düşünürəm ki, təmsilçilərimiz maksimum nəticə göstərəcəklər.

Bu sözləri yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi, beynəlxalq qrossmeyster Fərid Abbasov müsahibəsində deyib.

Fərid Abbasov pandemiya dövrünün bütün çətinliklərinə baxmayaraq, şahmatçılarla fasiləsiz məşqlərin keçirildiyini bildirib. Qeyd edib ki, şahmatçılarımız artıq onlayn yarışlarda müəyyən təcrübə qazanıblar.

Turnir U-12, U-14, U-16, U-18 yaş qrupları üzrə keçiriləcək.

AZƏRTAC

Xəbər 666 dəfə oxundu.