“Sumqayıt”ın sabiq futbolçusu karyerasını Gürcüstanda davam etdirə bilər
Ötən mövsümü “Sumqayıt” futbol klubunda keçirən Amil Yunanov karyerasını Gürcüstanda davam etdirə bilər.

Menecerlər millinin sabiq hücumçusunu qonşu ölkənin güclülər dəstəsinin bir neçə klubuna təklif ediblər. Onların arasında Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da var. Əgər adı çəkilən klubla futbolçumuz arasında danışıqlar müsbət yekunlaşsa, A.Yunanov Nicat Qurbanovun komanda yoldaşı olacaq.

Qeyd edək ki, A.Yunanov ölkəmizdə “Qəbələ, “Rəvan”, “Neftçala” və “Keşlə” klublarının da şərəfini qoruyub.

Xəbər 643 dəfə oxundu.