Ağır atletlərimiz Avropa çempionatına yollanır
Aprelin 8-də Rusiyanın Kazan şəhərində ağır atletika üzrə Avropa çempionatına start veriləcək.
Ölkəmizi bu yarışda Elmar Alıyev, Sərdar Həsənov, Namiq Cəmilov, Silviya Anqelova, Səbinə Rzayeva, Rumyana Petkova təmsil edəcəklər.
İdmançıları bu yarışda baş məşqçi Yanko Rusev, məşqçi İvan Xristov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fəxrəddin İsmayılov müşayət edəcəklər.
Yarış 17 aprel tarixinədək davam edəcək.

Xəbər 1942 dəfə oxundu.