Azərbaycan millisinin toplanışına yeni futbolçu cəlb edilib
Futbol üzrə Azərbaycan milli komandasının toplanışına yeni futbolçu cəlb edilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, avqustun 27-də açıqlanmış heyətində adı ehtiyat heyətdə göstərilən “Sabah” klubunun üzvü Coşqun Diniyev millinin toplanışına dəvət olunub.

Millimiz UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə rəqib meydanında Kipr yığması ilə qarşılaşacaq.

Xəbər 727 dəfə oxundu.