İranda ilk dəfə olaraq qadınlardan ibarət xokkey komandası formalaşdırılır
İranın idman tarixində ilk dəfə olaraq qadınlardan ibarət buzüstü xokkey komandasının formalaşdırılmasına başlanıb.

Cari ilin dekabrında Filippində keçiriləcək Asiya çempionatında İranın qadınlardan ibarət xokkey millisi də iştirak edəcək.

Bu günə kimi İranda xokkey oynamaq üçün şərait olmayıb. Lakin ötən il xokkey oyunu üçün Tehranda “İran Mall” buz meydançası inşa edildikdən sonra gənc qızların bu oyuna marağının artdığı müşahidə edilir. Hazırda milli komandanın formalaşdırılması istiqamətində addımlar atılır. Bunun üçün müsabiqə elan olunub. Müsabiqədə iştirak üçün 104 qadın müraciət edib. “İran Mall” idman kompleksində məşq prosesindən sonra onların arasından 23 nəfər seçilərək milli komandanın heyəti formalaşdırılacaq.

AZƏRTAC

Xəbər 625 dəfə oxundu.