Formula 1: Monzada tibb işçiləri tamaşaçı qismində iştirak edəcəklər
Formula 1 İtaliya Qran-Prisində tribunalar boş qalmayacaq.

Monzada tamaşaçı qismində tibb işçiləri iştirak edəcəklər. Belə ki, “Ferrari” 250 tibb işçisini - COVID-19 infeksiyasına qarşı mübarizədə iştirak edən həkim və tibb bacılarını yarışa dəvət edib.

Formula 1 İtaliya Qran-Prisi sentyabrın 4-6-da təşkil olunacaq.

Bu il ilk olaraq Mucelloda yürüş azarkeşlərin iştirakı ilə keçiriləcək. Yürüş sentyabrın 11-13-nə təsadüf edəcək.

Xəbər 698 dəfə oxundu.