Neymar koronavirusa yoluxub
Fransanın PSJ futbol klubunun hücumçusu Neymar koronavirusa yoluxub.

Bu barədə “L Equipe” nəşri məlumat yayıb.

Braziliya millisinin üzvünün testi pozitiv çıxıb. Bu səbəbdən ulduz futbolçu karantinə alınıb və onun müalicəsinə başlanılıb.

Qeyd edək ki, PSJ ötən gün iki futbolçusunun infeksiyaya yoluxduğunu açıqlamışdı. Onların yarımmüdafiəçilər Anxel Di Mariya və Leandro Paredes olduğu bildirilib.

Xəbər 623 dəfə oxundu.