“Zirə”nin sabiq müdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək
Bakının “Zirə” futbol klubundan ayrılan Anastasios Papazoğlu karyerasını Yunanıstanda davam etdirəcək.

32 yaşlı müdafiəçi İkinci liqada çıxış edən “Ksanti” klubu ilə razılığa gəlib.

Qeyd edək ki, yunanıstanlı müdafiəçi 2019/2020-ci il mövsümünü “Zirə”də keçirib.

Xəbər 734 dəfə oxundu.