Gənclər Liqasına oktyabrın 3-də start verilməsi planlaşdırılır
AFFA-nın təşkilatıçılığı ilə keçirilən Gənclər Liqası turnirinin (U-19 yaş qrupu) 2020/2021-ci il mövsümünə oktyabrın 3-də start verilməsi planlaşdırılır.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, bununla əlaqədar sentyabrın 3-dən etibarən liqada iştirak etmək istəyən komandalar qeydiyyatdan keçmək üçün müraciət edə biləcəklər. Əvvəlki illərdə Gənclər Liqasında iştirak etmiş komandalar müraciətini AFFA-nın Qeydiyyat və Statistika şöbəsinə (registration@affa.az), yeni qoşulmaq istəyən komandalar isə Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinə (liqalar@affa.az) ünvanlamalıdır.

Gənclər Liqasının əsasnaməsinin müddəalarına uyğun komandalar müraciət edə bilərlər.

Xəbər 636 dəfə oxundu.