“Neftçi Esports” E Milli Liqada üçüncü olub
“Neftçi Esports” E Milli Liqada üçüncü yer uğrunda oyun keçirib.

“Ağ-qaralar” “Energetik”lə qarşılaşıb. “Neftçi” rəqibinə 3:0 hesabı ilə qalib gələrək turnirdə üçüncü yeri tutub.

Qrupda “Qoşqar”, “Ərkivan” və “Ağsu Siti” komandalarını məğlub edərək pley-offa qrup lideri kimi vəsiqə qazanan “Neftçi Esports” səkkizdəbir finalda "Zirə”yə, dörddəbir finalda isə “Qardaşlar”a qalib gəlib. Komanda yarımfinalda “Qarabağ”a uduzub.

Turnirin finalında “Qarabağ” və “Ayaks Bakı” üz-üzə gələcəklər.

Xəbər 785 dəfə oxundu.