“Avro-2022”: Futzal üzrə millimizin rəqibləri müəyyənləşib
Sentyabrın 2-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında futzal üzrə “AVRO-2022”nin seçmə qrup mərhələsinin püşkü atılıb.

Püşkatma zamanı Azərbaycan millisi “A” səbətində yer alıb. Yığmamız üçüncü qrupda Slovakiya, Moldova və Türkiyə-Yunanıstan cütünün qalibi ilə mübarizə aparacaq.

Qeyd edək ki, komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünüb. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək. Final mərhələsi 2022-ci il yanvarın 9-dan fevralın 6-dək Niderlandda keçiriləcək.

Xəbər 734 dəfə oxundu.