Türkiyə Formula 1 yarışını 2020-ci ildən sonra da keçirmək istəyir
Türkiyə Formula 1 yarışını 2020-ci ildən sonra da keçirmək istəyir.

Bu barədə yarışın təşkilatçısı “İntercity” şirkətinin rəhbəri Vural Ak məlumat verib.

Qeyd edib ki, Formula 1-in 2020-ci ildən sonra İstanbulda keçirilməsi üçün çempionat rəhbərliyi ilə yeni müqavilənin imzalanması gözlənilir. V.Ak uzunmüddətli müqavilə imzalamaq üçün artıq danışıqların aparıldığını bildirib.
“İntercity”nin rəhbəri Türkiyə Qran-Prisi üçün 100 min biletin satışa çıxarılacağını da vurğulayıb.

Xəbər 665 dəfə oxundu.