“Neftçi”nin rəqibi yoldaşlıq oyununu ləğv edib
UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” komandası ilə qarşılaşacaq “Qalatasaray” klubu “Kasımpaşa” ilə keçirəcəyi yoldaşlıq oyununu ləğv edib.

Klubun elan etdiyi məlumatda sentyabrın 5-də oynanılması nəzərdə tutulan qarşılaşma keçirilməyəcək.

Qeyd edək ki, “Neftçi”-“Qalatasaray” oyunu sentyabrın 17-də “Bakcell Arena”da təşkil olunacaq.

Xəbər 698 dəfə oxundu.