Formula 1 komandalarının 2021-ci ildə mövsüm öncəsi testlərinin sayı üç günə endiriləcək
Formula 1 komandalarının 2021-ci ildə mövsüm öncəsi test yürüşlərinin sayı 6 gündən 3-ə endiriləcək.

Komandalar qənaət məqsədilə 2021-ci il mövsümündən əvvəl qış testlərindən imtina məsələsini də müzakirə ediblər.

Testlərin tarixləri və yerləri hələ müəyyən edilməyib. Bununla belə, hələlik üç tras - Barselona, Xeres və Bəhreyn variantları nəzərdən keçirilir.

Xəbər 663 dəfə oxundu.