“Simurq” klubu Türkiyə toplanışında sonuncu yoxlama oyununa çıxıb | |
Zaqatalanın “Simurq” klubu bu gün Türkiyə toplanışında sonuncu yoxlama oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, Kartəpə toplanışındakı son rəqib İranın “Peykan komandası olub. Yoxlama oyunu 60-cı dəqiqədə dayandırılıb. Oyunun 36-cı dəqiqəsində azlıqda qalan təmsilçimiz matçın bitməsinə 30 dəqiqə qalmışa qədər rəqiblə bərabər mübarizə aparıb. Qolsuz davam edən görüş dayandırıldıqdan sonra davam etdirilməyib. |
|
Xəbər 876 dəfə oxundu. |
|
|