Formula 1 Türkiyə Qran-Prisinə 100 minədək tamaşaçının buraxılması planlaşdırılır
Formula 1 Türkiyə Qran-Prisinin təşkilatçıları yarışı tamaşaçılarla keçirməyi düşünürlər.

Bütün sanitariya və epidemioloji qaydalara riayət etməklə tribunalara 100 minədək tamaşaçının buraxılması planlaşdırılır.

Yarışın təşkilatçısı “İntercity” şirkətinin icraçı direktoru Vural Ak mətbuat konfransında bildirib ki, epidemioloji vəziyyət pisləşərsə, yarış tamaşaçısız keçiriləcək. Hər şey qaydasında gedərsə, sosial məsafəni gözləmək şərti ilə 100 min tamaşaçı qəbul etmək olar.
Noyabrın 13-15-də keçiriləcək yarışın 3 günü üçün biletlərin qiyməti 90 türk lirəsidir.

Xəbər 611 dəfə oxundu.