“Zirə” klubu braziliyalı qapıçı ilə ikiillik müqavilə imzalayıb
Bakının “Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi Matues Albino ilə anlaşıb. İyirmi beş yaşlı braziliyalı qapıçı ilə ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, Albino daha əvvəl ölkəsinin “Joinvil” və “Londrina” klublarının da şərəfini qoruyub.

Xəbər 648 dəfə oxundu.