“Sumqayıt” “Sabah”la yoxlama oyunu keçirəcək
UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama oyunu keçirəcək.

“Gənclər şəhəri”nin komandası yoxlama matçında “Sabah”la qarşılaşacaq. Sentyabrın 5-də keçiriləcək oyun "Bank Respublika Arena" stadionunda baş tutacaq.

Xəbər 733 dəfə oxundu.